Bakıda zavoddan oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Suraxanı Rayon Polis İdarəsinin 30-u Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki zavodların birindən 62 000 manat dəyərində 4 ton 200 kiloqram çəkidə mis boru oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri E.Hüseynov, S.Quliyev və F.Hümbətov saxlanılıblar.