Bakıda nərdivandan yıxılan şəxs ölüb.

Unikal.org "Report"a istinadən xəbərverir ki, hadisə martın 20-də paytaxtın Sabunçu rayonu Pirşağı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Elxan Abbasov qəsəbə ərazisində yerləşən yeni tikilidə nərdivandan yıxılaraq ölüb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.