Dünyaya yayılan  koronavirus səbəbiylə bir çox məşhurlar özlərini karantin altına alıblar. 

Unikal.org məlumat verir ki, dünyaca məşhur müğənni Joanna Levesque “Instagram” hesabından paylaşdığı video ilə bütün diqqəti cəlb edib.

Belə ki, özünü karantinə alan gənc müğənni hip rəqs edərək həmin görüntüləri izləyiciləri ilə bölüşüb. Video tez bir zamanda social şəbəklələrdə gündəm yaradıb. Gənc müğənninin videosuna izləyiciləri tərəfindən yüzlərlə bəyəni və şərh gəlib.