Çinin “Şandun Lunen” klubunun belçikalı futbolçusu Maruan Fellainidə koronavirus aşkarlanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu Szinan şəhərinin səhiyyə departamenti açıqlayıb.

Bildirilir ki, İngiltərə “Mançester Siti”sinin sabiq yarımmüdafiəçisinin koronavirusla bağlı testi müsbət nəticələnib. O, qatarla şəhərə gələrkən virusa yoluxmuş olub. Fellaini Çin çempionatında virusa yoluxan ilk futbolçudur.