Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkür edib.

Unikal.org xəbər verir ki, bu barədə nazirliyin "Twitter" hesabında paylaşım edilib. Paylaşımda bildirilir: 

"Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə möhkəm dəstəyinizə görə və işğal edilmiş Abxaziyada keçirilən qondarma prezident seçkilərini  qeyri-qanuni qiymətləndirdiyinizə görə təşəkkür edirik".