Bu gün səhər İranın şimal-qərbində İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) quru qoşunlarına məxsus hərbi helikopter qəzaya uğrayıb.

Unikal.org İran KİV-nə istinadən xəbər verir ki, bu İranın İslam İnqilabı Keşikçilər Korpusunun ictimai əlaqələr şöbəsinin məlumatında öz əksini tapıb. 

Məlumatda bildirilir ki, qəza nəticəsində helikopterin sərnişinlərinə heç bir xəsarət dəyməyib və hamısı sağdır.

Hadisə haqda əlavə məlumat verilməyib.