Dünyada 16 mindən çox insanın ölümünə səbəb olan koronavirusun dağıdıcı təsiri sürətlə yayılır. 

Unikal.org xəbər verir ki,  daha çox can aldığı İtaliyada 20 yaşlı xəstənin açıqlaması elm adamlarını belə çaşdırıb. O, bildirib ki, infeksiyaya yoluxduqdan sonra eşitmə və dadbilmə hissiyyatını tamamilə itirib. ABŞ-da xəstəxanaların birində müalicə alan gənc qadının açıqlaması, alimlərin fikrinə əsasən koronavirusun yeni simptomlarını meydana çıxardıb.

Belə ki,  20 yaşlı Julia Buscaglia sosial şəbəkə hesabı “Twitter” üzərindən xəstəliyin bu kimi cəhətlərini paylaşaraq elm adamlarından yardım istəyib.