Rusiya Prezidenti Vladimir Putin ölkədə koronavirusun yayılması vəziyyəti ilə bağlı müşavirə keçirib.

Unikal.org Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Prezidentin Novo-Oqaryevadakı iqamətgahında keçirilən müşavirədə Moskva meri Sergey Sobyanin, Baş Nazirin müavini Tatyana Qolikova, "Rospotrebnadzor"un başçısı Anna Popova və Səhiyyə naziri Mixail Muraşko iştirak ediblər.

Moskva meri Sergey Sobyanin yeni Koronavirusun yayılmasına qarşını almaq üçün 1 milyondan çox əhalisi olan şəhərlərdə 65 yaşdan yuxarı insanların evdən kənara çıxması təklifini verib. 

Vladimir Putin artıq bu təklifə müsbət cavabının olduğunu bildirib. O bəyan edib ki, əhalisi 1 milyondan çox olan şəhərlərdə 65 yaşdan yuxarı vətəndaşlar üçün karantin tətbiq edilsin.

Müşavirədə Rusiya ərazisində koronavirusun yayılması ilə bağlı hazırkı vəziyyət, yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı görülən tədbirlər ətraflı müzakirə olunub.