Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayrı-ayrı dövlət qurumları, özəl şirkətlər və vətəndaşlar tərəfindən vəsaitlərin köçürülməsi davam edir.  

Unikal.org xəbər verir ki, bu məqsədlə  ATF Göyçay firmasının rəhbərliyi ölkəmizdə koronavirusla (COVID-19) mübarizə çərçivəsində Prezident İlham Əliyevin çağırışına dəstək olaraq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 15.000 manat vəsait köçürüb.