Çinin Uhan şəhərində meydana gələn və sürətlə dünya ölkələrinə yayılan yeni növ koronavirusdan (Covid-2019) sağalanların sayı açıqlanıb.

Unikal.org xəbər verir ki, dünyada koronavirusa ümumilikdə 382 572 nəfər yoluxub. Onlardan 102 536-sı müalicə olunaraq bu virusa qalib gələ bilib. Ölənlərin sayı isə 16 591-ə çatıb.

Virusun ortaya çıxdığı ölkə olan Çində isə koronavirusa yoluxan 81 171 nəfərdən 3 277-i dünyasını dəyişib, 73 159 nəfəri isə sağalıb.