Ötən günlərdə İngiltərədə koronavirus xəstəsi olan qadının çəkdiyi videoda onun nəfəs almaqda necə çətinlik çəkdiyi və dayanmadan öskürdüyü aydın şəkildə görünürdü.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı qadın videoda "Sanki ciyərlərində şüşə var" deyərək fəryad edib. Polşa səfərindən Londona qayıtdıqdan sonra koronavirusa yoluxduğu məlum olan 2 uşaq anası qadın artıq sağalıb və evə buraxılıb.

O, xəstəxanadan çıxdıqdan sonra "Nəfəs ala bilmək çox gözəldir" deyib və xəstəliyə qalib gələrək qızlarının yanına qayıtdığı üçün çox sevincli olduğunu bildirib.