Rusiya Federasiyasının Prezidenti Vladimir Putin koronavirus xəstələrinin müalicə olunduğu xəstəxananı ziyarət edib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, Putin paytaxt Moskvada yerləşən xəstəxanada həkimlərin yaxşı işlədiklərini bildirib. 

O, həmçinin koronavirusdan sağalan xəstələri qarşıda fərqli bir həyatın gözlədiyini qeyd edərək "Həkimləri gördüm, hər kəs öz işinin başındadır. Nəyin necə ediləcəyini bilirlər" sözlərini deyib.