Çində ortaya çıxan və sürətlə bütün dünyaya yayılan yeni növ koronavirus (Covid-2019) səbəbindən ölənlərin sayı artmaqdadır.

Unikal.org xəbər verir ki, Çində artıq koronavirusun təsirləri azalsa da, virus Avropada yayılmağa davam edir. Avropada ölənlərin arasında türklər də var.

Belə ki, Avropada yaşayan 26 türk vətəndaşı koronavirusdan dünyasını dəyişib. Onların arasında ən gənci 28 yaşlı Y.A. olub. Onun 14 ildir böyrək və diabet xəstəliyindən əziyyət çəkdiyi bildirilib.