Avstriyada yeni növ koronavirusa yoluxanların sayı 5 min nəfəri keçib, virusdan ölənlərin sayı isə 30 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Qeyd edək ki, nazirlik gündə iki dəfə - yerli vaxtla saat 08:00 və 15:00-da koronavirus ilə əlaqədar vəziyyət haqqında məlumat yayımlayır. Bu səhər açıqlanan məlumata görə, Avstriyada koronavirusla bağlı 32 407 test keçirilib, onlardan 5 282-nin nəticəsi müsbət olub.