ABŞ-ın Virciniya ştatında koronavirusdan ölüm faktı qeydə alınıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, həkim olan 42 yaşlı qadının meyiti yaşadığı evdə aşkarlanıb. Tibbi ekspertiza müayinəsi onun koronavirusa yoluxduğunu müəyyən edilib. 

Belə ki, körpəsi ilə birlikdə yaşayan qadının ölümündən sonra balaca körpəsi anasının yanından ayrılmayıb. 

Qeyd edək ki, polis işçiləri qadının meyitini öləndən 12 - 16 saat sonra aşkarlayıb və bu müddət ərzində körpəsi onun yanında olub.