Sosial şəbəkələrdəki ictimai qaydanın və ictimai təhlükəsizliyin kobud pozuntuları ilə müşahidə olunan videogörüntülərin xüsusatları araşdırılmaqla qanunverciliyə uyğun müvafiq tədbirlər görülüb.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞPİ) Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, feysbuk sosial şəbəkəsində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində “əxlaqsız qadınların və cinsi azlıqların” yığışmasını əks etdirən videoda göstərilən xüsusatlar da araşdırılıb. Qeyd olunan ərazidə fahişəliklə məşğul olan iki qadın saxlanılaraq barələrində İXM-nin 524.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməklə hər biri 100 manat məbləğində cərimələnib.

Həmçinin, eyni əməllə məşğul olan dörd qadın və cinsi azlığın iki nümayəndəsi də saxlanılaraq tibbi müayinəyə cəlb ediliblər. Onların narkotik vasitələrin təsiri altında olmaları müəyyən edildiyindən, barələrində İXM-nin 206-cı maddəsilə tərtib edilmiş inzibati xəta haqqında protokollar Sabunçu Rayon Məhkəməsinə göndərilib.