Rusiyada keçirilən şahmat üzrə İddiaçılar Turniri təxirə salınıb.

Unikal.org xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytı məlumat yayıb.

Rusiya Federasiyası hökuməti dünyada geniş yayılan koronavirus pandemiyasına görə martın 27-dən etibarən beynəlxalq uçuşları dayandıracaq. Beynəlxalq Şahmat Federasiyası bu qərardan sonra İddiaçılar Turnirini təxirə salıb.

İddiaçılar Turnirinin artıq 7 turu keçirilmişdi. Yarışın bərpa vaxtı hələ məlum deyil.