Ermənistanın paytaxtı Yerevanda koronavirusa yoluxmuş yaşlı şəxs ölüb.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

"Nork" xəstəxanasında ölüm hadisəsi qeydə alınıb. 72 yaşlı pasiyentdə koronavirus, həmçinin ikitərəfli sətəlcəm, hipertoniya və ürəyin ritmik pozulması vardı. Təəssüf ki, pasiyentin həyatını xilas etmək mümkün olmadı", - nazirliyin xəbərində qeyd edilir.