Ağcabədi rayonunda narkotik vasitələrin alqı satqı ilə məşğul olan rayon sakini saxlanılıb

Unikal.org  xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayon sakini 1978-ci il təvəllüdlü Həsənov Elmir Adil oğlu saxlanılıb. Polis əməkdaşları E. Həsənovun evinə baxış zamanı ümumi çəkisi 49 qram qurudulmuş marixuana, ümumi çəkisi 8,7 qram 35 ədəd kağıza bükülmüş heroin, ümumi çəkisi 11.8 qram 12 ədəd şəffaf sellofana bükülmüş metafetamin və dövriyyəsi qadağan edilmiş dərman preparatları aşkar edilərək götürülüb.       

Faktla bağlı  Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.