Venesuela prezidenti Nikolas Maduro, Prezident Sarayı Mirafloresdə yeni növ koronavirusun (Kovid-19) qarşı qurulan komissiya iclasında bir sıra açıqlamalar verib. 

Unikal.org  məlumat verir ki, prezident Nikolas Maduro ABŞ prezidenti Donald Tramp barədə “ Sən kobud birisən”, “Sən acınacaqlı birisən, Tramp” kimi sərt açıqlamalar verib.

Belə ki, Maduronun bu ifadələri işlətməsinə səbəb silahlı fəaliyyət məqsədilə Venesuelaya silah göndərdiyini bildirən keçmiş general-mayor Cliver Alcalanın uğursuzluğa görə ABŞ tərəfindən həbs edilməsi olub. 

ABŞ-ın general-mayorun həbsi barədə məlumat müqabilində 15 milyon dollar mükafat qoyması Maduronun sərt reaksiya verməsinə səbəb olub. 

Nikolas Maduro: “Donald Trump hökuməti həddindən artıq xəsislik, acınacaqlı bir hərəkətlə bir sıra yalan ittihamlar irəli sürüb. 19-cu əsrin irqçi kovboyları kimi, döyüşməyə hazır olan inqilabçılara mükafat verib. Sən, yalnız irqçi və üstünsən” deyə çıxışına son qoyub.