Dünyada koronavirus qurbanlarının sayı 21 min nəfəri ötüb.

Unikal.org xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında qeyd olunub.

Məlumata görə, son 20 saatda dünyada infeksiyaya 465 915 yoluxma təsdiq edilib, 21 031 xəstə virusun qurbanı olub. “COVID-19”a yoluxma halları 199 ölkədə aşkar olunub. 

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də "COVID-19"u pandemiya elan edib.