Dünya şöhrətli  amerikalı aktyor Mark Blum koronavirus səbəbiylə həyatını itirib. 

Unikal.org məlumat verir ki, “Çarəsiz qalan Susan” (Dəli Madonna) və “Timsah Dünyası” filmlərindəki rolları ilə məşhur olan aktyor Mark Blum dünyaya təsir edən koronavirus epidemiyası səbəbiylə 69 yaşında ölüb.

Qeyd edək ki, Mark Blum dünyaca məşhur müğənni Madonna və Rosanna Arquette ilə birlikdə, HBO-nun “Succession”,  Netflixin “Sən” və Amazonun “Jungle”dakı “Motsart” filmlərində rol alıb.