Çində yeni növ koronavirusun qurbanlarının sayı son gün ərzində beş nəfər artıb, xaricdən gələn yoluxanların sayı isə 595 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, bu barədə ÇXR-in gigiyena və səhiyyə üzrə Dövlət Komitəsi xəbər verib.

Məlumata əsasən, Çində koronavirusa yolxunların ümumi sayı 81 mini keçib. Onlardan 3292 nəfər ölüb, 75 min nəfərdən çoxu isə sağalıb.

ÇXR-da artıq bir neçə gün ərzində yerli koronavirusa yoluxma halları demək olar ki yoxdur, son gün ərzində yalnız bir hal aşkar edilib. Yoluxmuş şəxslərin əksəriyyəti xaricdən - Avropa ölkələrindən və ABŞ-dan gəlir. Epidemiyanın təkrar dalğasının yaranmasının qarşısını almaq üçün hakimiyyət ölkəyə gələnlər üçün məcburi iki həftəlik karantin müəyyən edib.