Son sutka ərzində İranda 144 nəfər koronavirusdan ölüb və 2 926 yeni yoluxma faktı qeydə alınıb. 

Unikal.org xəbər verir ki,  bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Ümumilikdə ölənlərin sayı 2 378-ə çatıb. Ölkədə ümumilikdə COVID-19 virusuna yoluxanların sayı 32 332-yə yüksəlib. Bu günədək virusa yoluxmuş 11 133 nəfər sağalıb.