Daha əvvəl xəbər verildiyi kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata əsasən, koronavirus infeksiyasının ölkədə yayılması, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkədaxili sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtı 20 aprelədək uzadılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Unikal.org-a verilən məlumata görə, bu qərara əsasən, Bakı-Tbilisi- Bakı (Böyük Kəsiyə kimi), Bakı-Böyük Kəsik-Bakı, Bakı-Köçərli-Balakən-Bakı, Bakı-Astara-Horadiz-Bakı və Bakı-Gəncə-Bakı sərnişin qatarları 21 aprelədək  hərəkətdə olmayacaq.

Sərnişin tələbatını nəzərə alaraq,  Bakı-Sumqayıt-Bakı dairəvi  elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik də aprelin 6-dək qüvvədə olacaq.