Türkiyənin Rizə şəhərinin dörd kəndi koronavirus təhlükəsi ilə əlaqədar karantinə alınıb.

Unikal.org xəbər verir ki, Rizə Səhiyyə İdarəsinin yaydığı məlumatda Yeni Səlimiyə, Beştepe, Esentepe və Maltepe kəndlərinin karantinə alındığı bildirilib.

Həmin kəndlərə giriş-çıxış dayandırılıb, yerli əhaliyə evdən çıxmamaq barədə xəbərdarlıq edilib.