Ağdam rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb.Kənd sakini, 1994-cü il təvəllüdlü Qəhrəmanov Mahir Tahir oğlu həmyerlisi, 1999-cu il təvəllüdlü Səmədov Eldəniz Qalib oğlu tərəfindən bıçaqla vurulub. Yaralı M.Qəhrəmanov rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.