“Real”ın sabiq futbolçusu Roberto Karlos PSJ-nin hücumçusu Neymarla bağlı açıqlama verib.

Unikal.org İspaniya mətbuatına istinadən xəbər verir ki, 46 yaşlı sabiq futbolçu, Neymarla bağlı bunları deyib:

“Məndən asılı olsaydı, Neymar uzun müddət əvvəldən “Real”da olacaqdı, amma bu, alınmırdı. Onun bura gəlməsini istəyirdim, demək olar ki, onunla hər gün bu barədə danışırdıq. Belə möhtəşəm futbolçular hər zaman dünyanın ən yaxşı klublarında oynamalıdırlar. Hazırda “Real” kimi klub hər futbolçu üçün karyerasının əsas mərhələsidir. Çempionlar Liqasında qalib gəlmək istəyirsən? Onda “Real”a get.

Neymar hazırda PSJ-də xoşbəxt görünür. O, hər zaman belə oynamalıdır. Neymar hər kəsin izləmək istədiyi futbolçudur”.