Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhanı vəzifəsindən azad edib.

Unikal.org-un xəbərinə görə, bu barədə rəsmi qəzetdə məlumat verilib.

Məlumatda bildirilib ki, Prezident bu vəzifəyə Mehmet Cahit Turanı müavini Adil Karaismayıloğlunu əvəzləyib.

Qeyd edək ki, Adil Karaismayıloğlu 2019-cu ilin sentyabrına qədər İstanbul Böyükşəhər Bələdiyyəsində baş katibin müavini olub, Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbərliyinə gəldikdən sonra istefa verib, Nəqliyyat və ifrastruktur nazirinin müavini təyin edilib.