Kürdəmir rayonunda yol qəzası baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Vaqif prospektində qeydə alınıb.

Belə ki, "Moskviç" markalı avtomobil yolu keçmək istəyən 2011-ci il təvəllüdlü Həsənli Məhəmməd Ramin oğlunu vurub. Yaralı ətrafdakı insanların köməkliyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər xəstəyə sol bud sümüyünün qapalı sınığı diaqnozunu qoyublar.

Faktla bağlı araşdırma aparılır.