Son 24 saatda İranda koronavirusa yoluxmuş 139 nəfər vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

İranda koronavirusdan ölənlərin ümumi sayı 2517-yə çatıb. Son sutka ərzində ölkədə 3076 yeni yoluxma faktı qeydə alınıb ki, bununla da İranda koronavirusa yoluxanların sayı 35408-ə çatıb. Bu günədək virusa yoluxmuş 11679 nəfər sağalıb.

Hazırda virusdan müalicə alanların 3206-nın vəziyyəti kritik və ağırdır.