Rusiya bütün ətraf ölkələrlə sərhədlərini bağlayıb.  

Unikal.org “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytında məlumat dərc olunub.  

Qərara görə, ətraf ölkələrlə olan bütün quru, su, çay, avtomobil, piyada keçid məntəqələri, həmçinin Rusiya – Belarus sərhədi müvəqqəti bağlanıb.  

Buna ölkədə koronavirusun yüksək sürətlə yayılması və yoluxan şəxslərin sayının artması səbəb olub.