Bu gün Rusiya Xarici İşlər Nazirliyi mətbuat konfransı keçirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, mətbuat konfransında Rusiya XİN-in mətbuat katibi Mariya Zaharovaya ölkədə küçələrə şir və pələnglərin buraxılması haqqında sual verib. O isə bu suala zarafatla cavab verərək "Bizdə ənənəvi olaraq küçələrə ayılar buraxılır" deyib.

Mətbuat katibi daha sonra "Bunu belə bir şeyin mümkün olmadığı səbəbindən demədim. Bizdə ənənəvi olaraq belə hallarda ayılardan istifadə olunur. Onlar daha effektiv olur" deyə əlavə edib.

Qeyd edək ki, Rusiyada koronavirusun yayılması səbəbindən insanların küçələrə çıxmaması tövsiyyə olunub. Ölkədə ümumilikdə 1036 nəfər koronavirusa yoluxub, 5 nəfər isə bu səbəbdən dünyasını dəyişib.