Böyük Britaniyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 17 089 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Sosial məsələlər Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusa yoluxanlardan 1019 nəfəri dünyasını dəyişib.

Bildirilir ki, yalnız ötən sutka ərzində koronavirusdan 260 ölüm halı qeydə alınıb.