İlk dəfə olaraq ötən ilin 12 dekabr tarixində Çinin Uhan şəhərində meydana gələn yeni növ koronavirus (Covid-19) artıq on minlərlə insanın ölümünə səbəb olub.

Unikal.org xəbər verir ki, dünyada sürətlə yayılan bu ölümcül virusa 650 913 nəfər yoluxub. Ölənlərin sayı isə 30 299 nəfər olaraq açıqlanıb.

Koronavirusdan ölüm hallarının sayına görə dünyada sıralama belədir:

1. İtaliya - 10 023 ölüm

2. İspaniya - 5 812 ölüm

3. Çin - 3 295 ölüm

4. İran - 2 517 ölüm

5. Fransa - 2 314 ölüm