Ermənistanda koronovirusdan ölənlərin sayı artıb. 

Unikal.org xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Arsen Torosyan bildirib.

Onun sözlərinə görə, martın 29-da Nork xəstəxanasında 2 nəfər koronavirusdan ölüb. Onlardan biri 55 yaşlı qadın və digəri 73 yaşlı kişidir. Onların hər ikisi başqa xroniki xəstəlikdən əziyyət çəkirmiş. 

Bununla da Ermənistanda koronaviusdan ölənlərin sayı 3 nəfərə çatıb.