#TəmizƏllər kampaniyası çərçivəsində BMT-nin İnkişaf Proqramının (BMTİP) Rezident Nümayəndəsi Alessandro Frakassettidən estafeti qəbul edən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev kampaniyada iştirak edib.

Unikal.org xəbər verir ki, nazir videoda sadə gigiyena qaydaları barədə məlumat verib. M.Babayev estafeti Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqviyə ötürüb.