Taylandın Bueng Kan şəhərində dəhşətli hadisə baş verib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  14 yaşlı Arisa adlı ana yeni dünyaya gətirdiyi körpəsini ata-anasının yanına buraxaraq, gecə saatlarına kimi dostlar ilə əylənib.

Daha sonra, Arisa evə qayıdanda valideynləri onun körpəsi olduğunu və bu vaxta qədər çöldə olmağın düzgün olmadığını söyləyib və onu təhqir ediblər. Bu hadisədən əsəbləşən ana, körpəsini alaraq digər otağa keçib.  Və sonra körpəsini asaraq onun həyatına son qoyub.  

Hadisə yerinə polis işçiləri  cəlb olunub. Həbs olunan 14 yaşlı ananın açıqlamasında körpəsini istədiyi həyatı yaşamağına mane olduğu üçün asaraq öldürmək qərarına gəldiyini etiraf edib. 

Faktla bağlı araşdırma davam edir.