Çinin Vuhan şəhərində ortaya çıxdıqdan sonra qlobal böhrana çevrilən yeni tip koronavirus Antarktida istisna olmaqla dünyanı bürüyüb. 

Unikal.org məlumat verir ki, 4 min əhalisi olan Antarktida dünyada baş verən qlobal problem yeni növ koronavirus xəstəliyini kənardan izləyir.  Soyuq havalarda yaşamaq şansı daha yüksək olan koronavirus, demək olar ki, materikdə heç aşkar olunmayıb. 

Belə ki, koronavirusun yeganə yoluxmadığı materikdə həyat olduğu kimi davam edir.

Qeyd edək ki,  koronavirus (Covid-19) epidemiyası  indiyə kimi 600 mindən çox insana yoluxub,   27 mindən çox insanın həyatına son qoyub.