Çində yeni növ koronavirus epidemiyasının mərkəzi Avropaya doğru irəliləməkdə davam edir.

Unikal.org xəbər verir ki, son 24 saatda İspaniyada koronavirusdan həyatını itirənlərin sayı 838-ə yüksəlib. 

Belə ki, ümumi olaraq İspaniyada  həyatını itirənlərin sayı 6 min 528-ə çatıb.

Qeyd edək ki, epidemiya səbəbiylə İspaniyada koronavirusa yoluxanların sayı 73 min 235-ə yüksəlib, ölümcül epidemiyadan 12 min 285 adam sağalıb. Həmçinin də, İspaniyada fövqəladə vəziyyət elan olunub.