Penitensiar Xidmət penitensiar müəssisələrdə hərarəti çox olan məhbusların sayının artması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Unikal.org-a açıqlamasında bunları deyib:

“Qeyd etmək istəyirik ki, penitensiar müəssisələrdə  hərarəti yüksək olan məhkumların sayı çox azdır. Koronavirus şübhəsi olan bütün həmin məhkumların hər birindən müvafiq analizlər götürülərək  Kovid-19-u müəyyən edən xüsusi laboratoriyaya verilmişdi. Artıq bu gün həmin analizlərin cavabı açıqlanıb. Nəticələr göstərir ki, penitensiar müəssisələrdə koronavirusa yoluxan məhkum müəyyən edilməyib.”

Xidmət rəsmisi həmçinin vurğulayıb ki, penitensiar müəssisələrdə saxlanılan bütün məhkumların hər gün  hərarəti yoxlanılır:

“Bununla belə, səhhətində bəzi fəsadlar olan məhkumlarla bağlı hər gün Penitensiar Xidmətə və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müvafiq məlumatlar verilir. Bütün bu məsələlər çox ciddi nəzarət altındadır”.

Amid Əyyuboğlu