Aparılan tikinti-bərpa işləri ilə əlaqədar olaraq, Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılır.

Bu barədə Unikal.org-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunacaq.

Məhdudlaşma ərazidə tikinti-bərpa işləri aparılan bir-neçə gün ərzində qüvvədə olacaq.

"Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik, sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edirik", - məlumatda deyilir.