Daxili İşlər Nazirliyi paytaxtda Bakıda şəxsi avtomobillərin cərimələnməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Unikal.org xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin sözcüsü Vaqif Əsədovun açıqlaması ictimaiyyət tərəfindən səhv başa düşülüb: "İnzibati tənbeh tədbirləri və cərimələmələr şəhərlərarası və rayonlararası yollara aiddir. Şəhər daxilində şəxsi avtomobillərin və insanların hərəkətinə heç bir məhdudiyyət yoxdur. Sadəcə yol hərəkəti qaydalarını pozmasınlar. Hazırda Bakı, Sumqayıt və Abşeron rayonunda qalan rayon qeydiyyatı olan avtomobillər də istədikləri zaman öz qeydiyyatda olduqları yerə qayıda bilər və ya şəhər daxilində sərbəst hərəkət edə bilərlər".

E. Zahidov əlavə edib ki, sürücülərə lüzumsuz yerə, xüsusi zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməmək tövsiyə olunur. Həmçinin, onlardan karantin qaydalarına əməl etmək tələb olunur.