"WhatsApp" dünyada koronavirusun yayılmasından sonra əksər ölkələrdə qoyulan qadağalar nəticəsində internet istifadəsinin ciddi şəkildə artdığını açıqlayıb.

Unikal.org xəbər verir ki, dünyanın ən məşhur mesajlaşma tətbiqi olan "WhatsApp" koronavirus səbəbiylə internet istifadəsinin artması nəticəsində serverlərdə yaranan sıxlığı azaltmaq üçün ilk məhudiyyəti tətbiq edib.

Belə ki, artıq  "WhatsApp"da 15 saniyəlik bir video məhdudiyyəti olacaq. Hələ ki təkcə Hindistanda tətbiq olunan bu məhdudiyyətin bütün dünya ölkələrinə də aid oluna biləcəyi qeyd olunub.