Qızdırma, öskürək və nəfəs darlığı kimi simptomlara yol açan “Covid-19”un yeni bir simptomu kəşf edilib.

Unikal.org məlumat verir ki, Amerika Oftalmologiya Akademiyası, apardığı araşdırmalar nəticəsində bu günə qədər yeni bir növ koronavirusun (Covid-19) başqa bir simptomunun kəşf edildiyini və “çəhrayı göz” kimi təsvir olunan konjonktivitin də əlamətlər arasında nəzərə alınacağını açıqlayıb.

Aparılan araşdırmaya görə, hər 30 xəstədən 1-də göz axınının iltihabı olan “çəhrayı göz” olaraq bilinən konjonktivit var.

Belə ki, konjonktiv göz axınının və göz qapaqlarının içərisini əhatə edən şəffaf toxuma iltihabı kimi təsvir olunur. Mütəxəssislər, şübhəli “Covid-19” səbəbiylə hərarət və nəfəs almaqda çətinlik çəkirlərsə, konjonktivitli insanları həkimə müraciət etmələrini xəbərdar edir.