Filippindən Yaponiyaya hərəkət edən təyyarədə yanğın baş verib. 

Unikal.org xəbər verir ki, 8 nəfəri daşıyan şəxsi təyyarə Filippinin Ninoy Aquino Beynəlxalq Hava Limanından Yaponiyanın Tokio Beynəlxalq Hava Limanına uçuş zolağından çıxaraq uçuş edib.

Belə ki, anidən baş verən yanğın nəticəsində təyyarədə olan bütün şəxslər yanaraq ölüblər. Qəzada həyatını itirənlərin şəxsiyyət məlumatları ilə bağlı hələ bir açıqlama verilməyib. 

Faktla bağlı araşdırma aparılır.