Çinin Uhan şəhəriundə meydana gələn yeni növ koronavirus (COVİD-19) sürətlə yayılmağa davam edir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, son zamanlar tez-tez müxtəlif ölkələrdə bəzi insanların ictimai yerlərdə və nəqliyyatda koronavirusu yaymağa cəhd etmələri görüntülənir.

Bu dəfə isə Avropada metroların birində lentə alındığı iddia edilən görüntülərdə maskalı qadının divara qəsdən tüpürməsi diqqətləri cəlb edib. Həmin qadının koronavirus xəstəsi olduğu və virusu digər insanlara yoluxdurmaq üçün bu addımı atdığı iddia olunub.