Polis naryadları tərəfindən Sumqayıt şəhəri ərazisində də müşahidələr aparılır.

Unikal.org xəbər verir ki, ölkədə xüsusi karantin rejimi olduğu müddət ərzində digər zəruri tədbirlərlə yanaşı 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib. Xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət isə Daxil İşlər Nazirliyinə həvalə olunub. Park və xiyabanlarda polislər tərəfindən görülən tədbirlər zamanı yaşı 65-dən yuxarı olan sakinlərlə profilaktik söhbətlər edilib və onlara evdən çıxmamaqları barədə xəbərdarlıq edilib.