Koronavirusun yayılması səbəbindən ABŞ-da məktəb və universitetlər bağlanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-Yorkda yerləşən universitetlərdən birində incəsənət ixtisası üzrə təhsil alan tələbələrə "onlayn" dərslər keçirilməsinə start verilib.

Dərslər artıq "onlayn" qaydada keçirildiyi üçün tələbələrin əksəriyyəti illik ödədikləri 58 552 dollar (100 min manat) təhsil haqqının bir hissəsinin geri qaytarılmasını tələb ediblər. 

Universitetin dekanı isə buna cavab olaraq tələbələrə rəqs etdiyi videonu göndərib. Bu hal tələbələrdə çaşqınlıq yaradıb.