Gürbulak sərhəd keçid məntəqəsindən, İrandan gələn Türkiyə-İran qaz boru xəttində partlayış baş verib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, səhər saatlarında baş verən partlayışdan sonra başlayan yanğında alov təxminən 40 metrə qədər yüksəlib. 

Belə ki, partlayışdan sonra alovların artdığı təbii qaz boru kəmərindəki yanğın ətraf kəndlərdən də görünüb. Yanğınsöndürənlərin, mülki müdafiə və təhlükəsizlik qüvvələrinin tədbir aldığı yanğında, təbii qaz boru kəmərinin qaz axını qapağı bağlanaraq qarşısı alınıb. 

Qeyd edək ki, təbii qaz boru kəmərindəki partlayışın  baş vermə səbəbi araşdırılır.